SON DƏQİQƏ! Dünyanın gözlədiyi xəbər gəldi - Ərdoğandan MÜHÜM ADDIM...

2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsində hər iki tərəflə görüşə bilən yeganə lider olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən sülh üçün addımlar atır.

Musavat.com xəbər verir ki, Rusiya mətbuatında yer alan məlumata görə, Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə bu ay üçün planlaşdırılan görüşdə Ukrayna ilə sülh danışıqlarının bərpasını təklif edəcək.

"RİA Novosti"də dərc edilən “Ərdoğan Putinə Ukrayna məsələsində vasitəçilik təklif etmək istəyir” sərlövhəli xəbərdə bu ifadələr yer alıb: “Cənab Ərdoğan münaqişənin həllində vasitəçilik təklif edəcək, müharibədə qaliblərin, sülh prosesində isə itirənlərin olmayacağı tezisini təkrarlayacaq”.

Xəbərdə Ərdoğanın hər iki dövlət başçısı ilə səmimi və etibarlı münasibət saxlayan yeganə lider olduğuna diqqət çəkilib.

Xatırladaq ki, bu yaxınlarda Sankt-Peterburqda Afrika sammitinə ev sahibliyi edən Putin sülh razılaşması üçün aydın ifadələr işlədib. O, Afrika liderlərinə deyib ki, Moskva Ukrayna ilə bağlı sülh təkliflərinə hörmət edir və diqqətlə araşdırır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Rusiya dövlət televiziyasına müsahibəsində Moskva ilə Qərb arasında danışıqların mümkünlüyü barədə açıqlamalar verib.






Fikirlər