Kadırovdan azərbaycanlılara xəbərdarlıq

 

bitmap-img6


Çeçen lider sürücülərin məsuliyyətsizliyindən danışıb

 

 
Çeçenistanın rəhbəri Ramzan Kadırov sosial şəbəkə vasitəsilə sürücülərə xəbərdarlıq edib.
O, İnstagram səhifəsində yol hərəkəti qaydalarını pozanlardan danışıb.
"Qudermesdən Azərbaycana və Dağıstana maşınlar böyük axınla hərəkət edirlər. Təəssüf ki, sürücülərin böyük bir qismi yol hərəkəti qaydalarına riayət etməyə meylli deyillər. Bu isə faciəvi nəticələrə gətirib çıxarır", - yazan Ramzan Kadırov ümumilikdə yol nəqliyyat hadisələrinin azaldığını deyib
Ümumiyyətlə, Ramzan Kadırov sosial şəbəkədəki paylaşımları və öz qeyri-adi hərəkətləri ilə tez-tez gündəmə gəlir. Daha əvvəl o, bölgələrə səfər edərkən küçə süpürən xadimələrlə rastlaşıb. Kadırov onlarla bir müddət söhbət edəndən sonra qadınlarla birlikdə küçə süpürüb.
İnternetdə paylaşılan həmin görüntülər qısa müddət ərzində geniş kütlə tərəfndən izlənib.
Prezidntin ona yaxınılığı ilə seçilən repçi Timati ilə də maraqlı video görüntüləri var. Görüşlərinin birində Kadırov və Timati döyüşüb. Daha sonra onlar birlikdə kabab çəkiblər.
Azərbaycanlı kikboksçu Zabit Səmədovun da Ramzan Kadırovla yaxın münasibətləri var. Çeçenistan lideri Zabit Səmədovla rinqə çıxıb, onunla əlbəyaxa olub. (ans)
(Azərtaym.az)

 






Fikirlər