Zelenskinin arvadı 4,5 milyon avroya “Buggati”ni necə alıb - SENSASİON TƏFƏRRÜAT

Ukrayna prezidenti Volodimir Zelenskinin xanımı Yelena Zelenskayanın 4,5 milyon avroya “Bugatti Tourbillon” avtomobili sifariş verməsi haqda xəbər Kremlə yaxın mediada tirajlanmaqdadır. 

Musavat.com xəbər verir ki, bu barədə ilk olaraq Fransanın “Vérité Саchée” online mediası yazıb. 

Xəbərdə iddia olunur ki, sözügedən avtobilin yeni modelini Zelenskaya həyat yoldaşı ilə Fransaya səfəri zamanı sifariş verib.

Yelena Zelenskaya bu model “Bugatti”nin ilk sahibi olub. Ümumilikdə isə cəmi 250 ədəd “Bugatti Tourbillon”un istehsalı planlaşdırılır. Amma  ilk yeni hiperkarı Zelenskiya yalnız 2026-cı ildə alacaq.

eXMh0EzV4y2QJgNa.jpg (98 KB)

Sosial şəbəkələrdə bu xəbər ətrafında dərhal qızğın müzakirələr açılıb. Bir çox istifadəçi maraqlanıb ki, Ukraynanın birinci xanımı belə bir avtomobili ərinin əli ilə dağıdılan Kiyevdə sürmək istəməsi utandırıcıdır. Bəziləri isə Zelenski çütlüyünə “Buggati” deyil, cənazə maşını almaq məsləhət görüb.   

 “The İnsider”in (theins.ru) araşdırması isə maraqlı məqamlar üzə çıxarıblar. İddia olunur ki, bu xəbərin ilk mənbəyi “Vérité Саchée” adlı media orqanı yalnız bir neçə gündür fəaliyyətə başlayıb. İnternet arxivi 25 iyun 2024-cü ildən başlayır. “Diqqətlə baxsanız, bəzi qəribəliklər nəzərə çarpır, məsələn, sözügedən məqalənin özü fransızca olsa da, məqalələrdən birinin adı ingiliscədir”.

file-7aded6965ace5b98219626fbb53ff7db.jpg (68 KB)

 “The İnsider” iddia edir ki, ixtisaslaşdırılmış xidmətlərdən (CudekAI, Copyleaks, QuillBot) istifadə edərək saytdakı məqalələrin mətnləri təhlil edilib və onların süni intellekt tərəfindən yazıldığı məlum olub. Tək bir material “Bugatti”nin Zelenskaya tərəfindən alınması istisna olmaqla... “Bu, canlı insanın beyninin işidir, amma o qədər də bacarıqlı deyil: Çünki “Bugatti Tourbillon” modeli əvəzinə “Turbillon” yazılıb.   

Məqalədə Zelenskayanın adına avtomobilin sifarişinin təsdiq ilə bağlı sənədə gəlincə, “The İnsider” yenə də burada səhv tapıb.  Çünki avtosalonun ünvanında onun yerləşdiyi Paris ətrafındakı şəhərin adında xəta var. Üstəlik, bu təsadüfi yazı səhvi deyil, iki dəfə təkrarlanır. Sənəddə əlavə olaraq  avtomobilin baza qiyməti göstərilib: valyuta göstərilmədən 3,91 milyon. “Bu da qəribədir. “Bugatti”nin  saytında yazılıb ki, avtomobilin başlanğıc qiyməti 3,8 milyon avrodur, hətta Paris dilerinin nədənsə avro ilə deyil, hansısa başqa valyutada faktura verdiyini fərz etsək belə, qiymətlər yenə uyğunsuzdur.  

1_2041416.jpg (186 KB)

Məqalədə həmçinin “Bugatti” dilerinin Jak Bertin adlı əməkdaşı kimi tanınan birinin Zelenskinin həyat yoldaşının “Bugatti ailəsinin bir hissəsinə” çevrilməsindən necə qürur duyduğundan bəhs edən videosu ilə müşayiət olunur. Videonun çəkildiyi avtomobil salonu “Bugatti Tourbillon” modelinə  məxsus deyil. İnternetdə  Jak Bertinin adını “Bugatti” ilə birgə axtarışa veriləndə də, heç bir nəticə tapılmayıb.  “The İnsider”iddia edir ki, görünür videonun özü də süni intellektin işidir .

İddia olunur ki, “Vérité Cachée” rusiyalı “piarşiklər”in yaratdığı ilk saxta media deyil.  Məsələn, Almaniyanın mövcud olmayan “Globus Deutschland” qəzeti və Kreml yönümlü materiallar dərc edən Polşanın guya “Niezależny Dziennik Polityczny” nəşri buna misal olar bilər.    

Maraqlıdır ki, Ukrayna prezidentinin ailəsi bu iddialara hələ reaksiya verməyiblər.  

 






Fikirlər