“BAYDENİN PUTİN QARŞISINDA HANSISA ÖHDƏLİYİ VAR...” - “Rusiya nüvəyə əl atsa, ABŞ qabaqlayıcı zərbə vuracaq”

Oleq Jdanov: “Börns Narışkinlə görüşüb və əgər Kreml nüvə silahı tətbiq edərsə, nələrin olacağını ona izah edib”

“Sarmat” tez-tələsik hazırlanan “çiy” raketdir, ona görə də uçmur”

Ukraynada davam edən ağır döyüşlər və Vladimir Putinin növbəti nüvə təhdidləri fonunda Amerika hökuməti Ukraynaya təximən 8 milyard dollar həcmində hərbi yardım göndərməyi qərara alıb.

“AzPolitika xəbər verir ki, Ukraynanın “Qlavred.info” saytına müsahibə verən hərbi ekspert Oleq Jdanov Rusiyanın xüsusilə də Tverdəki hərbi arsenalına vurulan zərbələrin döyüş meydanına necə təsir etməsi, ABŞ-nin Rusiyanın dərinliklərinə zərbə endirilməsinə icazə verəcəyi halfda nələrin baş verə biləcəyi, “Sarmat” raketinin uğursuz sınaqları və digər mövzularda sualları cavablandırıb:

 

 

 

-Ukrayna bir neçə gün içərisində Rusiya ərazisindəki üç hərbi arsenalı məhv edib. Məlumatlara görə, təkcə Toropetsdəki anbara edilən hücum Rusiyanı 2-4 aylıq mərmi ehtiyatından məhrum edir. Hərbi arsenallara hücumlar müharibənin gedişinə necə təsir göstərir?

-Hərbi arsenallara vurulan zərbələr Rusiya artilleriyasının intensivliyini azalda bilər. Əlbəttə, “mərmi aclığı” olmayacaq, amma müəyyən bir vaxta kimi ordunun ehtiyatı tükənir, arsenaldan mərmi daşınması olmasa, artilleriyanının imkanları çökəcək. Əgər ruslar öz təchizatlarını digər yollarla təşkil edə bilsələr, bu çöküş müvəqqəti ola bilər. İstənilən halda bu sayda mərmi itkisi ehtiyata təsir edib.

-Rusiyanın hərbi arsenalına vurulan zərbələr cəbhənin müəyyən istiqamətində düşmən hücumlarını səngidə bilərmi?

-Əlbəttə. Lakin ruslar öz resurslarını Pokrovsk və Kuraxovo kimi əsas istiqamətlərə cəlb edəcəklər, çünki onların qarşıya qoyulmuş tapşırıqları var. Oradakı hücum hərbi tapşırıqdan daha çox sisyasi xarakter daşıyır. Ancaq Qulyaypole, Orexovo, Seversk və Xarkov kimi istiqamətlərdə gedən döyüşlərin intensivliyi yüksək deyil, düşmənin hücum tempi azala bilər. Ruslar Seversk istiqamətindən qoşunları çıxarıblar, artıq bir həftədir ki, oradakı hücumların sayı minumuma düşüb. Kupyansk istiqamtində isə əksinə, hücumların intensivliyini aşağı salmırlar.

- Əgər ABŞ və Britaniya öz silahları ilə Rusiya dərinliyini hədəf almağımıza icazə verərsə, hadisələr necə inkişaf edəcək?

- Bu qərar döyüşlərin gedişinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Əgər biz Rusiyanın 200 kilometrlik dərinlikdəki təchizatına zərbələr endirsək, bu, düşümənin hücumunu və döyüş aktivliyini əhəmiyyətli şəkildə zəiflədəcək. Bu, o halda baş verər ki, bizə kifayət sayda raket verilsin. O zaman hətta Rusiya ordusunda “mərmi aclığı” da yaratmaq olar. Bizə düşmən infrastrukturunu dağıtmaq lazımdır. Ola bilər ki, Rusiya aviasiyasına əlimiz çatmasın, amma uzaqvuran raketlərin uçuş məsafəsində xeyli vacib hərbi obyekt olacaq.

-Ukrayna Rusiya ərazisində nə qədər hərbi obyektə zərbə vura bilər?

- Uçuş məsafəsi 300 kilometr olan raketlərlə ən azından 250 obyekti potensial hədəfə almaq mümkündür.

-Rusiyanın hərbi obyektlərinə uğurlu zərbələr endirmək üçün Ukraynaya nə qədər uzaqvuran və digər silahlar lazımdır?

-Rusiya Sovet İttifaqının ehtiyatından istifadə edir. Onun minlərlə aviasiya bombası var. Ruslar onlara idaretmə modulu yerləşdirərək Ukraynada istifadə edirlər. Əlbəttə, bu, böyük problemdir. Qərb bizə heç olmasa 400-500 raket versə, dəqiq nöqtə zərbələri vura bilərik. Necə ki, Taqanroq yaxınlığında bunu etmişdik.

Diqqətinizi ona yönəltmək istəyiərəm ki, hətta uzaqvuran raketlər olmadan da Ukrayna ordusu PUA-ların köməyi ilə Rusiya Federasiyasının yanacaq istehsalını 20 % aşağı sala bilib. Rusiya hökuməti benzin və dizelin ixracını dayandırmaq məcburiyyətində qalıb. Yanacaqdoldurma məntəqələrinin təmin edilməsində kəsintilər var. İndi isə təsəvvür edin ki, əgər qrup halında 3-4 raketin iştirak etməsi şərtilə, təxminən 400-500 raketin obyektlərə zərbə vurması nə demək olardı. Çox ciddi nəticələrlə qarşılaşardıq.

-Necə hesab edirsiniz, bizim Britaniyandan uçuş məsafəsi 500 kilometrdən yüksək olan “Storm Shadow” və ya Amerikadan ən yeni “Precision strike missile” raketləri almaq şansımız varmı?

-Məh hələlik Amerikanın bizə uzaqmənzilli raketlər verməsi imkanından danışmazdım. Belə fikirləşirəm ki, Co Bayden Ağ Evdə olduqca Amerika bizə Rusiyanın dərinliklərinə bu silahlar vasitəsilə zərbə vurmağa icazə verməyəcək. Baydenin mövqeyi belə bir fikrə gətirir ki, onun Putin qarşısında hansısa öhdəliyi var. Mən hətta şübhə etmirəm ki, məsələn, bu gün Ağ ev Britaniyanın “Storm Shadow” raketlərindən istifadə etməyimizə razılıq versə, London artıq səhərisi gün bizə bu raketin 560 kilometr məsafə qət edən versiyasını yollayacaq. Britaniya həmişə Rusiyanın daha çox zəiflədilməsinin tərəfdarı olub. Amma Baydenin vəziyyətə baxışı tamamilə fərqlidir və bu diskusiyanın nəylə bitəcəyini söyləmək çətindir.

 

 

-ABŞ və Britaniyanın silahları ilə Rusiya ərazisinin dərinliklərinə zərbə vurulmasına qoyulan tabu yeni ABŞ Prezidenti görəvinə başlayanda, yəni, yanvardan sonra götürülə bilərmi?

-Yox, məsələ artıq 6 noyabrın səhərisi həll oluna bilər. ABŞ-də səsvermənin yarısı elektron yolla gedir, ona görə də ilkin nəticələr artıq seçkinin səhərisi bəll olacaq. Ağ evin sahibi dəyişəcək, Bayden 6 noaybrdan sonra prinsipcə artıq sərbəst adamdır.

-Məlumatlara görə, Arxangelsk vilayətində yerləşən “Plesetsk” kosmodromunda qitələrarası “Sarmat” raketi sınaq zamanı şaxtada partlayıb. Bu, artıq həmin raketin dördüncü uğursuz sınağıdır. Siz bunu necə dəyərləndirirsiniz?

-Rusiya “Sarmat”la irəli qaçmaq istədi, lakin yarı yolda qaldı. İş ondadır ki, ”Sarmat” raketi hələ hazırlıq mərhələsindədir və Putin nüvə dəyənəyini yelləmək istədiyindən, bu prosesi sürətləndirmək qərarına gəldilər. Məlumatlara görə, onlar rəsmi sınaq üçün 7-10 raket hazırlayıblar. İlk sınaq 2022-ci ilin aprelində həyata keçirilib və o vaxt raket havaya qalxmışdı. Bu, uğurlu adlandırılacaq yeganə sınaqdır. Düşünürəm ki, onlar başlığa fuqas mərmisi yerləşdiriblər. Oraya bir neçə ton partlayıcı yığıb Kamçatkadakı poliqona uçurmaq istəyiblər. Həmçinin, həmin poliqondan “Kalibr” və “Bulava” raketlərini buraxmaq istəyiblər. Əgər “Sarmat”ın sınağı uğurlu alınsaydı, ruslar bunu dütün dünyaya tirajlamışdılar və demişdilər ki, təsəvvürünüzə gətirin bu nüvə raketi partlasa nələr baş verər.

“Sarmat” tez-tələsik və çertyojsuz hazırlanan “çiy” raketdir. Elə ona görə də tökülür. Bu raket uçmaq istəmir, vəssalam! Dörd dəfə uğursuzluq və bütün dünyaya yayılan peyk şəkilləri. Partlayışın gücu elə olub ki, buraxılış şaxtasını vurub dağıdıb.

Onlar hər iki ildən bir bu raketin üzərində nələrsə ediblər. Hazırda bu nəhəng nüvə dəyənəyinin hansı vəziyyətdə olması bəlli deyil. Uğursuzluqların səbəbi Putinin tez bir müddətdə raket hazırlanmasını əmr etməsidir, nəticə isə göz önündədir. Necə düzəldiblərsə, elə ona uyğun da uçur.

-Sizcə, Rusiya nüvə silahı tətbiq edə bilərmi?

-Yox. Gəlin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börnsün və “MI-6” direktorunun mətbuat konfransını yadımıza salaq. Həmin konfrans zamanı Börns deyib ki, 2022-ci ildə nüvə silahından istifadə təhlükəsi olan zaman o, Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinlə görüşüb və əgər Kreml nüvə silahı tətbiq edərsə, nələrin olacağını ona izah edib. Söhbət nüvə silahından istifadə cəhdinin önünü almaq üçün ABŞ-nin konvensional silahdan istifadə edəcəyindən gedib.

-Əgər Rusiya nüvə silahından istifadəyə cəhd göstərərsə, ABŞ qabqlayıcı zərbə vurarmı?

-Bəli, ABŞ xəbərdarlıq zərbəsi vura bilər. Rusiyanın cəhdlərini çox asanlıqla izləmək olar. Belə ki, nüvə başlıqlı birinci konteyner bunkerdən çıxan kimi peyklər dərhal radioaktiv şleyfi qeydə alacaqlar. Nə etsələr də bunu gizlətmək mümkün deyil və radioaktivlik olacaq. Əgər nüvə başlığını havada dağıtsalar kiçik “çirkli bomba” effekti baş verəcək. Çünki başlıqdakı uran elə də çox miqdarda deyil. Bu, içində 250 ton zənginləşdirilmiş uran olan Atom Elektrik Stansiyasının reaktoru deyil. Mən düşünürəm ki, ABŞ-nin qabaqlayıcı zərbə vurması tamamilə mümkündür. Heç kim Avropa qitəsində nüvə zibilliyi və radiokativ bulud istəmir.

-Beləliklə, əgər ABŞ Rusiyanın nüvə raketi buraxmaq cəhdini görsə, Qara dəniz donanmsına və Rusiyanın Ukraynadakı qruplaşmalarına zərbələr endirəcək?

-Tamamilə mümkündür, həm də, xüsusilə indi. Hazırda Amerikanın dörd aviadaşıyıcısı İsrail ətrafına gətirilib. Bunlardan ikisi İsrail yaxınlığında, biri Krit adasında, daha biri isə İrana yaxın olan Qırmızı dənizdəki Hörmüz boğazı rayonundadır. Onları kreyserlər və esminetslər müşahidə edir. Təkcə bir kreyserdə 96 raket buraxılış şaxtası var.  

 

 






Fikirlər