İsrail bu gecə İrana zərbə endirəcək - ŞOK İDDİA...

İsrail bu gecə İrana zərbə endirəcək - ŞOK İDDİA

İran bu gecə İsraildən güclü zərbə gözləyir.

Oxu.Az xəbər verir ki, bu barədə "Antikor" məlumat yayıb.

Buna səbəb kimi oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan düz bir il ötməsi göstərilir. vakansiyalar

İran artıq 20:30-dan səhər saat 5:30-a kimi öz ərazisi üzərində mülki aviasiya uçuşlarına qadağa qoyub.

İsraildə həftə ərzində İrandakı nüvə, enerji və hərbi obyektlərə hücumların müxtəlif ssenariləri müzakirə edilir. Bu barədə jurnalistlərə yəhudi dövlətinin BMT-dəki daimi nümayəndəsi Denni Danon məlumat verib.

"Biz hələ də bunu müzakirə edirik, konkret yer və cavab metodu seçəcəyik", - o müvafiq suala cavab verib.

Qeyd edilir ki, ABŞ və Rusiyadan çəkindirici siqnallar olub, lakin onların İsrailin planlarına təsir edib-etməyəcəyi hələ aydın deyil.






Fikirlər