Zamirə Hacıyevanın LONDONDA yerləşən LÜKS EVİNİN - FOTOLARI

Zamirə Hacıyevanın Londonda yerləşən lüks evinin - FOTOLARI

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın İngiltərənin paytaxtı Londonda yaşadığı lüks evin görüntüləri əldə edilib.

Publika.az xəbər verir ki, cütlük Londonun qərbində "Harrods" alış-veriş mərkəzinin yaxınlığında yerləşən bu evi 7 il öncə alıb.

Lüks ev üçün 11.5 milyon funt (15.13 milyon dollar) məbləğində ödəniş edildiyi bildirilir.

Qeyd edək ki,55 yaşlı Z.Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində ötən gün London polisi tərəfindən həbs olunub. Bu sərəncama əsasən o, var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır.

UWO, Britaniyada potensial çirkli pullara sahib olan şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün yeni qanundur.

 

 

 

 

 

 






Fikirlər