Əsgərləri linç edən mülki ŞƏXSLƏR cəzalandırılmalıdırmı?

Fazil Mustafa: “Qanun qiyamçılara qarşı müqavimət hüququnu tanıyır, lakin...

Türkiyədəki hərbi çevriliş cəhdi zamanı təslim olan hərbçilərin polisin gözü önündəcə mülki şəxslər tərəfindən amansızcasına döyülməsi, linç edilməsi cəmiyyətdəki bəzi kəsimlər tərəfindən birmənalı qarşılanmayıb. Bəzi vətəndaşlar hesab edir ki, təslim olan və zərərsizləşdirilən əsgərlərin mülki şəxslər tərəfindən döyülməsi Türkiyə adına rüsvayçılıqdır və həmin şəxslər ciddi şəkildə cəzalandırılmalıdır."

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Fazil Mustafa qanunun qiyamçılara müqavimət hüququ tanıdığını vurğuladı:

“Əgər bu, təxribat məqsədi ilə, günahsız hərbçilərə qarşı edilibsə, təbii ki, bununla bağlı qanuni ölçü götürülməlidir. Lakin belə bir davranış qiyamçılara qarşı edilibsə, o zaman bu, zəruri özünü müdafiə məqsədi daşıyır və hüquqda buna imkan tanınır. Bu, insanların siyasi hüquqlarını məhdudlaşdırıması üçün konstitusiyanın pozulmasına qarşı vətəndaşın dirənişidir. Buna görə də bununla bağlı hər hansı cəza nəzərdə tutulmur. Amma günahsız, qiyamda iştirak etməyən əsgərə qarşı belə bir addım atılıbsa,  təbii ki, bu, yolverilməzdir və həmin şəxslər cəzalandırılmalıdır”.

 






Fikirlər