TEST İMTAHANLARININ GEDİŞİNİ ONLAYN İZLƏMƏK İMKANI

TEST İMTAHANLARININ GEDİŞİNİ ONLAYN İZLƏMƏK İMKANIAzərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın dövlət qulluğuna qəbulla bağlı keçirdiyi test imtahanlarını onlayn izləmək mümkün olacaq.


Qurumun mətbuat xidmətindən Azertaym.az-a daxil olan xəbərə görə, hər bir vətəndaş, o cümlədən media və qeyri-hökumət təşkilatlarının nümayəndələri test imtahanının gedişini onlayn izləyə biləcəklər. Bu, imkan dövlət qulluğuna qəbulla bağlı Komissiyada qeydiyyatdan keçmiş namizədlərin özləri, valideynləri və yaxınları üçün daha böyük önəm daşıyır. Belə ki, artıq namizədlərin valideynləri, yaxınları, o cümlədən istənilən maraqlı şəxs (media və QHT nümayəndələri də daxil olmaqla) internet bağlantısı olduğu təqdirdə evdən, iş yerindən və ya internetə çıxışı olan mobil telefondan test imtahanının gedişini müşahidə edə biləcəklər.

4, 25 oktyabr, 5 və 20 noyabr tarixdə elan olunmuş müsabiqənin hazırda keçirilən test imtahanı mərhələsini canlı müşahidə etmək istəyən şəxslər Komissiyanın www.dqmk.gov.az ünvanlı İnternet saytının “Namizədlərin nəzərinə” bölməsinin “Test imtahanlarının gedişinin canlı izlənilməsi” altbölməsinə daxil olmaqla onlayn izləyə bilərlər.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi