Nazir Salyanda vətəndaşları qəbul etmişdir

Nazir Salyanda vətəndaşları qəbul etmişdirSəhiyyə naziri Salyan rayonunda vətəndaşları qəbul etmişdir.

Ölkə başçısı İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq bölgələrdə vətəndaşların qəbulu qurum rəhbərləri tərəfindən davam etdirilir. 2014-cü ildə şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev Salyan rayonunda vətəndaşları qəbul etmişdir.

Şəhərin Mərkəzi Xəstəxanasında gün ərzində aparılan səyyar qəbulda Nazir Salyan, Neftçala, Biləsuvar, Cəbrayıl və Cəlilabaddan olan 40-a yaxın vətəndaşı qəbul etmiş, onların istək və xahişlərini dinləmişdir. Müraciətlər nazir tərəfindən diqqətlə dinlənmiş və bu problemlərin həlli üçün müvafiq tapşırıqlar verilmişdir.

Vətəndaşların müraciətlərinin əsas hissəsini sağlamlıq problemləri, kadr məsələləri, həkimlərin xarici ölkələrdə təkmişləşdirilməsi, işlə təminat və s. məsələlərlə bağlı olmuşdur. Müraciətlərin əksəriyyəti elə yerindəsə öz həllini tapmışdır. Səhiyyə Nazirliyinin səlahiyyətinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara göndərilməsi üçün qeydiyyata alınaraq nəzarətə götürülmüşdur.






Fikirlər