Bakının "HEYVAN BAZARI": 700 AZN-ə it, 80 AZN-ə quş - QİYMƏTLƏR (VİDEO)

Bakının

Ev heyvanlarının satıldığı bazarda əsl canlanma müşahidə edilir. Hər zamankı kimi ən çox maraq məhz cins itlərə olub. Qiyməti 300, 500 hətta 700 manata olan xüsusi cins heyvanlar satışa çıxarılıb. Bununla yanaşı xüsusi pişik, quş, doşan və siçanlarada maraq böyük olub.
AzerTaym Qaynarinfo Xəzərxəbər-ə istinadən xəbər verir ki, biri-birindən bahalı itlər sanki sərgiyə çıxarılıb. Sahibləri daha tez satmaq üçün təriflər yağdırır.
Balaca itlərlə eyni qəfəsə qoyulan pişiyin yeri isə rahat görsənir.
Görüntülər hər həftə sonu Təzər Bazarda təşkil edilən ev heyvanları bazarındandır.
İtlərlə yanaşı bazarda evdə saxlanılan istənilən növ heyvanı tapmaq mümkündür.
Bazarda xüsusi ilə Cunqari adlı kiçik ölçülü siçanlara maraq da böyükdür.
Bununla yanaşı bazarda ev quşlarıda çoxluq təşkil edir ki, onların qiyməti növünə görə 10 manatla 80 manat arasında dəyişir.

 






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi