Mülayim hava şəraiti davam edəcək

Bu gün Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.
Mülayim hava şəraiti davam edəcək
Bu barədə Azertyam.az-a məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilib. Məlumata görə, axşam bəzi yerlərdə zəif duman olacaq.

Gündüz mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu 7-10 dərəcə təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu 6-10 dərəcə, dağlarda 1-6 dərəcə isti olacaq.






Fikirlər