Bu gün Azərbaycanda aparılan test sayı AÇIQLANDI
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 25-nə olan statistik göstəriciləri açıqlayıb. "AzerTaym.az" bildirir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 2 672 test edildiyi bildirilib. Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 273 411 test aparılıb. Xatırladaq ki, bu gün Azərbaycanda 149 yoluxma faktı qeydə alınıb, 2 nəfər dünyasını dəyişib, 134 pasiyent sağalıb.