“DOSTLUQ” kinoteatrında bərpa işlərinə başlanıldı - FOTOLAR

“Dostluq” kinoteatrında bərpa işlərinə başlanıldı - Fotolar

Bakıda “Dostluq” kinoteatrında bərpa işlərinə başlanılıb.

AzerTaym.az Oxu.az-a istinadən xəbər verir ki, işlər binanın qəzalı vəziyyətə düşmüş memarlıq elementlərini möhkəmləndirmək üçün ornamentlərini saxlamaq şərtilə aparılır.

Qeyd edək ki, məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti, 76 ünvanında yerləşən, 1960-cı illərə aid “Dostluq” kinoteatrının sökülməsi ilə bağlı səsləndirilən iddialar əsassız olduğunu, 6 fevral 2024-cü il tarixində Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma nəzarəti məqsədilə aparılan monitorinq çərçivəsində binanın damında və fasad hissəsində işlərin aparılması müəyyən edilərək dayandırıldığını bildirmişdi.

Bununla yanaşı kinoteatr binasının sökülməsi və yerində yeni binanın tikilməsi ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə mülkiyyətçi tərəfindən müraciət olunmayıb, Komitə tərəfindən heç bir tikinti icazəsi verilmədiyini qeyd etmişdi.

 






Fikirlər