MƏCLİSDƏN QORUĞA, QORUQDAN MƏCLİSƏ... – Şahin Seyidzadə deputatlığa namizəd olub...

VI çağırış Milli Məclisə 50 saylı Qobustan-Abşeron seçki dairəsindən deputat seçilmiş, 2023-cü il martın 3-də Prezident İlham Əliyevin sərəncamı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmuş Şahin Seyidzadə yenidən parlamentə qayıdır.

Bu barədə “AzPolitika”-ya məlumatlı mənbələrdən informasiya daxil olub.

Qeyd olunur ki, bitərəf Ş.Seyidzadə namizədliyini yeni dislokasiyada Abşeron və Qubustan rayonunun kəndlərini əhat edən seçki dairəsindən irəli sürüb.

Cəmi 16-17 ay əvvəl parlamentdən “İşərişəhər” qoruğuna rəhbər göndərilən Seyidzadənin yenidən Məclisə qayıtmaq istəyi maraq doğurur. Böyük ehtimalla, bu, ona etimad olunan mühüm postda özünü doğrultmaması ilə bağlıdır. 






Fikirlər