Daha bir partiya seçki qərarını açıqladı - 5 namizədlə gedir...

"Azərbaycan Xalq Partiyasının (AXP) İdarə Heyətinin (İH) bu gün keçirilmiş iclasında 1 sentyabrda Milli Məclisə növbədənkənar seçkilərdə AXP-nin iştirakı haqqında məsələni müzakirə edərək bu seçkilərdə iştirak etmək barədə qərar qəbul etdi".

"AzPolitika" xəbər verir ki, bu barədə partiya sədri Pənah Hüseyn bildirib. 

Onun sözlərinə görə, İH seçkilərdə partiyanın səlahiyyətli nümayəndələrini və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrini təyin edib:

"48 saylı 1-ci Abşeron Seçki Dairəsindən Məzahir İsrayılovun, 67-ci Sabirabad Seçki Dairəsindən Qiyas Sadıqovun, 68-ci Sabirabad – Şircanİ Seçki Dairəsindən Pənah Hüseynin, 70 saylı Neftçala Seçki Dairəsindən Həmzəyev Mircəlalın, 99 saylı Bərdə Seçki Dairəsindən Mübariz İsmayılovun, 119 saylı Ağdam Seçki Dairəsindən Hüseyn Behbudovun deputatlığa namizədlikləri irəli sürülüb", - P. Hüseyn qeyd edib.






Fikirlər