"Seçkilərdən SONRA deputatınızı görmüsünüzmü?" — Binəqədidən videosorğu

"Seçkilərdən sonra deputatınızı görmüsünüzmü?" — Binəqədidən videosorğuÖlkə.az respublika əhalisi arasında yeni silsilə sorğulara start verib

Bu dəfə çəkiliş qrupumuz Bakının və Azərbaycan Respublikasının müxtəlif rayonlarının sakinləri arasında "Seçkilərdən sonra deputatınızı görmüsünüzmü?" adlı maraqlı sorğu keçirib.

Birinci sorğumuzu Bakının Binəqədi rayonundan başladıq. Xatırladırıq ki, paytaxtın ən böyük rayonlarından biri olan Binəqədidə üç seçki dairəsi var. Bu rayonun əhalisi 3 deputata Milli Məclisdə oturmaq üçün mandat verib. Rayonun deputatları aşağıdakılardır:

8 Saylı Binəqədi Birinci Seçki Dairəsi - Quliyev Azay Əjdər oğlu
9 Saylı Binəqədi İkinci Seçki Dairəsi - Qafarov Kamaləddin Nəsrəddin oğlu
10 Saylı Binəqədi Üçüncü Seçki Dairəsi - Musayev Madər Ələsgər oğlu

Sorğunun nəticəsində məlum oldu ki, seçki ərəfəsində deputatlığa namizədlər hər gün gəlib rayon sakinlərindən səs istəsələr də, seçkilərdən sonra bir dəfə də olsun ərazidə görünməyiblər.

Ölkə.az-ın mikrofonunu uzatdığımız Binəqədi sakinləri isə üç namizəddən yalnız 8 saylı dairədən deputat seçilmiş Azay Quliyevi tanıyıblar.

Həmin videosorğunu sizə təqdim edirik:

 AzerTaym.az






Fikirlər