AZƏRBAYCANDA DAHA bir YÜKSƏK VƏZİFƏLİ MƏMUR İŞDƏN çıxarıldı
Cəlilabad Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub. AzerTaym.az report-a istinadən xəbər verir ki, icra başçısının birinci müavini Vidadi Dövlətov işdən çıxarılıb. Onun yerinə Mansur Məmmədov təyin olunub. Bu təyinata qədər M.Məmmədov Cəlilabad rayon Statistika İdarəsinin rəisi vəzifəsində çalışıb.