Elektron protokol CƏRİMƏ üstünə faiz gətirir - VİDEO
Bakıda çox maraqlı bir hadisə baş verib. Yol polisi sürücüyə telefonla danışdığına görə 50 manat cərimə yazıb. Sürücü 1 ay ərzində dəfələrlə onu bankdan ödəməyə cəhdlər etsə də deyiblər ki, cərimə sistemdə yoxdur. Ancaq sürücü bir ay sonra yol polisinin sisteminə baxanda cərimənin üzərinə faiz gəldiyini görüb. Nəticədə sürücü cəriməni ödəyə bilmir, bir tərəfdən isə cərimənin üzərinə faiz gəlməyə davam edir.
AzerTaym.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, hadisənin təfərrüatları araşdırılıb.
Bakıda yol polisi bir sürücüyə telefonla danışdığına görə fevralın 11-də protokol yazıb, ancaq 1 ay ərzində sistemə düşmədiyi üçün sürücü cəriməni ödəyə bilməyib. Sistemə salınmamağı bir yana, protokola görə cərimənin üzərinə faiz də gəlməyə başlayıb.
Ekspertlər bildirir ki, sürücü məsuliyyətli davranıb cəriməni ödəmək istəsə də cərimə sistemə salınmayıbsa məsuliyyət yol polisinin üzərinə düşür.
Bəs sistemə düşmədiyi üçün ödənməyən cərimənin artan faizləri necə olacaq? Mütəxəssislər bu situasiyada vətəndaşın heç bir faiz ödəməməli olduğunu deyirlər.
Son zamanlar yol polisinin elektron sistemində müşahidə olunan nöqsanlar sistemin yeni inzibati xətalar məcəlləsinə uyğunlaşdırılması ilə əlaqələndirilir. Bununla belə mütəxsislər nöqsanların vətəndaşa ziyan vurmamalı olduğunu qeyd edir.
Mövzu ilə bağlı videomaterialı təqdim edirik: