Bakıda "MERSEDES"i sürüyən evakuator sürücüsü cəzalandırıldı - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi Bakıda evakuatorun avtomobili sürüyə-sürüyə aparması ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

 AzerTaym.az bildirir ki, idarənin bölmə rəisi, polkovnik Kamran Əliyev avtosfer.az-a bildirib ki, yedəyəalma qaydalarını pozduğuna görə sürücü barəsində inzibati xəta haqqında protokol yazılıb və o, 40 manat məbləğində cərimə edilib. Bundan əlavə, həmin sürücü martın 16-da qarşı hərəkət zolağına çıxaraq nəqliyyat axınının əksinə hərəkət etdiyi üçün də inzibati məsuliyyətə cəlb olunub. Bu dəfə ona 100 manat və  4 bal cərimə yazılıb: "Görünür, sürücü bu cəzadan nəticə çıxarmayıb və yenə qayda pozub. Bu dəfə ona həm inzibati cərimə yazıldı, həm də işdən çıxarıldı".

Kamran Əliyevin sözlərinə görə, avtomobilə hər hansı ziyan dəyibsə, sürücü məsələ qaldıra bilər və dəymiş ziyan evakuator sürücüsü tərəfindən ödənilməlidir.

Qeyd edək ki, görüntülər bir neçə gün əvvəl paytaxtın Nəsimi rayonu Səməd Vurğun küçəsində lentə alınıb. Dayanma durma qaydasını pozan sürücünün "Mercedes" markalı, 10 LP 445 dövlət nömrə nişanlı avtomobilini Dövlət Yol Polisi İdarəsinin evakuatoru cərimə meydançasına aparıb. Amma evakuatorun heyəti heç bir təhlükəsizlik qaydasına əməl etməyib. Avtomobilin təkəri dönmüş vəziyyətdə olsa da, evakuator sürücüsü onu hərəkətin intensiv olduğu yolda sürüyə-sürüyə aparıb.

 

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda evakuator avtomobili sürüyə-sürüyə aparır

 






Fikirlər