Bakıda 12 sürücü yol polisindən qaçdı

Bakıda 12 sürücü yol polisindən qaçdı2014-cü il yanvarın 1-dən bu günədək Bakıda 16 yol qəzası baş verib. Hadisələr zamanı 6 nəfər ölüb, 28 nəfər xəsarət alıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 hadisə, 4 ölüm, 11 xəsarət faktının artması deməkdir.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

Bölmə rəisinin sözlərinə görə, yol polisi əməkdaşları tərəfindən bu müddət ərzində yol hərəkəti qaydalarını pozan sürücülər barəsində 3697 inzibati protokol tərtib edilib. Bunlardan avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə görə 52, sürət həddini aşdığına görə 981, sərnişindaşıma, ötmə, manevretmə və yolayrıcı qaydalarını pozduğuna görə 224, avtomobili sənədsiz idarə etdiyinə görə 23, işıqforun qırmızı işığında hərəkət etdiyinə görə 104, polisin qanuni əmrinə tabe olmadığına görə 12, qəza şəraiti yaratdığına görə 15 sürücü inzibati məsuliyyətə cəlb edilib.

Bundan əlavə, "Yol hərəkəti haqqında" Qanunun tələblərini pozmuş 745 piyada barəsində müvafiq protokol tərtib edilərək məsuliyyətə cəlb olunub.






Fikirlər