Bakıda səfirlik avtomobilinin kobud qayda pozuntuları (VİDEO)
006 D 057 nömrə nişanlı “Ford” markalı avtomobil geriyə dönmə əməliyyatını yerinə yetirərkən qarşı hərəkət zolağına çıxıb və qəza şəraiti yaradıb. Buna etiraz edən sürücünü söyən səfirlik sürücüsü daha sonra yolboyu yersiz manevrlərlə avtoxuliqanlıq hərəkətləri edib, “20 Yanvar” dairəsində isə hərəkət üstünlüyünə malik olan avtomobillərə yol verməyərək, hərəkətini davam etdirib.
Bakıda səfirlik avtomobili kobud qayda pozuntularına yol verib. Musavat.com-un məlumatına görə, hadisə bu səhər Yasamal rayonu ərazisində, Həsən bəy Zərdabi küçəsində qeydə alınıb.
Avtomobili idarə edən şəxs Azərbaycan vətəndaşı olub.
Qeyd edək ki, 006 seriyalı diplomatik nömrəli avtomobillər ABŞ-ın Azərbaycandakı səfirliyinə məxsusdur.(musavat)