AVTOBUSLAR yenə nəzarətsiz qalıb - Video

“Avtobuslar yenə nəzarətsiz qalıb - Video

Bakıdakı sərnişin avtobuslarından biri qapısı açıq vəziyyətdə sərnişin daşıyır. Vəziyyətlə bağlı Bakı Nəqliyyat Agentliyindən bildiriblər ki, bənzər hallardan xəbərdardılar və yaxın vaxtlarda yeni ciddi islahatlara başlanacaq.

 AzerTaym.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, Qapısı açıq vəziyyətdə idarə olunan avtobusda hətta az qalır ki, sərnişinlərdən biri avtobusdan yıxılsın. Görüntülər 56 saylı maşrutdakı bir avtobusda çəkilib.Paytaxtın Səbail rayonu ərazisində Bayıl bazarından mədənlər istiqamətinə hərəkət edən bu avtobusu eyni yolla hərəkət edən başqa bir avtomobildəki şəxslər lentə alıb. Lakin bu vəziyyətə görə dispeçer sərnişinləri günahkar sayır.

Sürücülərdə avtobusların o şəkildə idarə olunmasında günahın məhz sərnişinlərdə olduğunu bildirirlər. Sərnişinlərin məsələyə münasibəti isə birmanlıdır. Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Nuridə Allahyarova isə qeyd edib ki, agentlik bənzər hallardan xəbərdardır və yaxın vaxtlarda qarşısını almaq üçün yeni ciddi islahatlara başlayacaq.

 






Fikirlər