İcra başçısının xidməti maşını 140-la kameraya düşdü — AA-001 - VİDEO

İcra başçısının xidməti maşını 140-la kameraya düşdü — AA-001 - VİDEO

Sabirabadın icra başçısının avtomobilinin sürət həddini aşması başqalarına da pis nümunə oldu

Son vaxtlar bəzi məmurlar tərəfindən yol hərəkəti qaydalarının pozulması halları çoxalıb. Onlardan bir neçəsinin videosu sosial şəbəkələrdə yayılsa da, vəziyyət dəyişmir.

Bu dəfə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun xidməti avtomobili Avtosfer.az-ın kamerasına tuş gəlib. Başçının «Land Griuiser» markalı, 54 AA 001 dövlət nömrə nişanlı xidməti avtomobili iyunun 18-də, saat 18;35 radələrində Bakı-Qazax yolunda sürət həddini aşarkən görüntülənib. Videodan da göründüyü kimi, qarşıda gedən qara rəngli «Land Gruiser»in sürəti 140 km/saatdan artıqdır. Onu çəkən avtomobilin sürücüsü 140-la nə qədər cəhd etsə də, icra başçısının avtomobilinə çata bilmir.

Maraqlısı budur ki, başçının xidməti avtomobilinin sürət həddini aşması başqa sürücülərə də pis nümunə olur və onlar da sürətlə hərəkət edirlər.

Qeyd edək ki, icra başçısı Nazim İsmayılov bir müddət bu avtomobili satdığını bildirsə də, görünən odur ki, avtomobil hələ də onun istifadəsindədir və 54 AA 001 nömrəsi ilə idarə olunur.

Saytın əldə etdiyi məlumata görə, bu avtomobili bəzən başçının oğlu idarə edir.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, bu xətaya görə həmin avtomobili idarə edən sürücüyə 50 manat və 2 bal cərimə düşür.

AzerTaym.az






Fikirlər