FTX məzunlarının avto-şousu Moskvanı silkələdi-VİDEO
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Akademiyasının tələblərinin məzun günü 30-dan artıq qara rəngli “Mercedes-Benz Gelandewagen”lərdə Moskva küçələrində şütüməsi cəmiyyətdə ciddi rezonansa səbəb olub. AzerTaym.az Gununsesi.info - ya istinadən xəbər verir ki, bu hadisə FTX dairəsində də ciddi narazılığa səbəb olub. FTX –nın ehtiyatda olan general-mayoru, Xarici və müdafiə siyasəti üzrə Şuranın üzvü Aleksandr Mixaylov açıqlamasında deyib ki, burası xüsusi xidmət orqanıdır, kavaler alayı yox. “Xüsusi xidmət orqanın əməkdaşı addım atanda ilk olaraq onun nəticəsini düşünməlidir ki, nələrə səbəb ola bilər. Təəssüflər olsun ki, bu gün FTX bir çox gənclər üçün mənəvi-psixoloji cəhətdən biznesə çevrilib. Belə şəxslər cəmiyyətdə bu quruma olan hörməttən istifadə edərək, özlərini bu qurumun tərkib hissəsi hesab edirlər. Ancaq onlar fəaliyyət dövrlərində heç nə edə bilmirlər.” General onu da əlavə edib ki, bir dəfə Akademiyanın gənc leytenantları buraxılış zamanı tribunanın önündən keçəndə öz papaqlarını göyə atıblar. Buna görə bütün gənc zabitlərin hamısı töhmət alıb. Ona görə də gələcəkdə xüsusi xidmət orqanının əməkdaşı olmaq istəyən şəxs bunları nəzərə almalıdır. SSRİ KQB-sinin xarici kəşfiyyat xidmətinin əməkdaşı olmuş polkovnik Vladimir Qorovoy da belə bir hərəkəti yolverilməz hal hesab edib. “Onlarn bu hərəkətini gəncliklə əlaqələndirmək düz deyil, bunu artıq onların beynlərinin gələcəkdə hansı səmtdə “yonulması” kimi dəyərləndirmək lazımdır. Bununla onlar demək istəyiblər ki, biz kimik! Biz nə edə bilərik! Necə istəyirik, elə də edirik! Belə bir hadisə təhlükəsizlik orqanında çalışmaq istəyən şəxslər üçün yolverilməzdir. Hansı ki, onlar ölkənin və xalqın təhlükəsizliyini təmin edəcəklər”, deyə V.Qorovoy vurğulayıb. V. Qorovoy onu da əlavə edib ki, belə bir hərəkətə yol verənlərə sabah hakimiyyəti necə etibar etmək olar?. SSRİ KQB-sinin xarici kəşfiyyat xidmətinin əməkdaşı olmuş polkovnik Arsen Martirosyan isə həmən gənclərin cəzalandırılmasını tələb edib. “Onlardan artıq nə kəşfiyyatçı, nə də ki, əkskəşfiyyatçı çıxar. Onlar artıq indidən başlarını itiriblər. Əgər onlar bu gün belə edirlərsə, gör sabah nə edəcəklər? Onlardan FTX əməkdaşı çıxmaz, yararsız materialdırlar.” SSRİ KQB-sinin ehtiyatda olan polkovniki Sergey Şestov bunu axmaq hərəkət hesab edib. S. Şestov bunu ideologiyanın yoxluğu və intizamın ortadan getməsi ilə izah edib”.