28.05.2014. - Mercedes-Benz GLA üçün yeni tüninq - FOTO
"AzerTaym.az" 4charx.com-a istinadən bildirir ki, avtomobilin arxa hissəsində damda spoyler, həmçinin gümüşü bamper taxmaları və paslanmayan metaldan dörd qaz xaricetmə borularını görmək mümkündür. Bundan başqa GLA tünerdən yüngül lehimdən hazırlanmış 21 düym ölçülü təkər diskləri və klirensi 30 mm artıra bilən yeni asqı da əldə edib.
220 CDI modifikasiyasının gücü 40 a.g. artırılaraq 210 a.g. və 410 Nm fırlanma anına çatdırılıb. Bu dizel variantı sayəsində GLA 0-100 km/saat sürətlənmənin öhdəsindən 8 saniyədə gələ bilir. Maksimal sürət 220 km/saat təşkil edir.
Tüner benzin güc qurğularının da məhsuldarlığının artırılmasını təklif edir. 360 a.g. və 450 Nm hasil edən GLA 45 AMG yeni göstəriciləri 400 a.g. və 500 Nm fırlanma anınadək atırılacaq. Bu halda ilk “yüzlüyə” sürətlənmə 4,4 saniyə, maksimal sürət isə əvvəlki kimi 250 km/saat olacaq.