Nəqliyyat xidmətləri bahalaşıb
2016-cı ilin noyabr ayında nəqliyyat xidmətlərinin qiymətləri əvvəlki ayla müqayisədə 2,9 faiz, o cümlədən yükdaşıma xidmətlərinin qiymətləri 3,6 faiz, sərnişindaşıma xidmətlərinin qiymətləri isə 0,6 faiz bahalaşıb Dövlət Statistika Komitəsindən Fins.az-a bildirilib ki, ay ərzində poçt və kuryer, həmçinin rabitə xidmətlərinin qiymətlərində əvvəlki ayla müqayisədə dəyişiklik müşahidə olunmayıb.