Yollardakı son vəziyyət - Sürət həddi aşağı SALINDI

“Yollardakı son vəziyyət - Sürət həddi aşağı salındı

Hazırda paytaxtda qarlı hava şəraiti müşahidə edilsə də paytaxt yollarında ciddi tıxac müşahidə edilmir.

Bakı Nəqliyyat Agentliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, meteoroloji amilləri nəzərə alan sürücülər nəqliyyat vasitələrini aşağı sürətlə idarə etdiyindən bəzi küçə və prospektlərdə, o cümlədən Tbilisi prospekti, Ziya Bünyadov prospekti, (Koroğlu metrostansiyası istiqamətində) Heydər Əliyev prospekti, (şəhər istiqamətində) Xocalı prospekti, (şəhər istiqamətində) Abdulvahab Salamzadə, Həsən Əliyev, Yusif Səfərov küçələrində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Faktiki hava şəraiti ilə əlaqədar olaraq, Bakının əsas avtomagistrallarında - Heydər Əliyev prospekti-Hava limanı istiqamətində, eləcə də Nobel prospekti-Zığ yolu-Hövsan istiqamətində bütün zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb. Məqsəd, qeyd edilən yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Bakı Nəqliyyat Agentliyi bir daha sürücü və piyadalardan meteoroloji amilləri mütləq şəkildə nəzərə alaraq diqqətli olmalarını xahiş edir. Qeyd edək ki, hazırda Bakı Nəqliyyat Agentliyi müşahidə kameraları vasitəsi ilə paytaxtın küçə və prospektlərinə nəzarəti gücləndirib.

AzerTaym.az

Yollardakı son vəziyyət - Sürət həddi aşağı salındı
Yollardakı son vəziyyət - Sürət həddi aşağı salındı






Fikirlər