Sürücü “Azəravtoyol”un “BAŞINA" OYUN AÇDI: maşını qreyderin altına saldı, sonra... - FOTOLAR
Binəqədi-Novxanı avtomobil yolunda aparılan təmir işləri ilə əlaqədar olaraq aprel ayının 17-dən 18-nə keçən gecədən etibarən sözügedən yolun bir hissəsində hərəkət məhdudlaşdırılıb. Məhdudlaşma bəzi sürücülərin etirazına səbəb olub. Bu barədə “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli sosial şəbəkədə paylaşıb. Onun yazdığına görə sürücülərdən biri yoldakı təmirə etiraz olaraq qəribə üsula əl atıb: “Deməli Binəqədi-Novxanı yolu təmir olunur, bu üzdən təmir gedən ərazidə yol bağlıdır. Bir sürücü gəlib ki, bəs mən keçməliyəm. Ona başa salmağa çalışıblar ki, olmaz asfalt vurulur. Sürücü də gözünə döndüyüm acığa maşınını verib saxlayıb düz qreyderin təkərinin altında özü də çıxıb gedib... İndi qreyderi çıxara bilmirik...