Moskvada sürücüsüz taksi təqdim edildi – VİDEO
Yaxın vaxtlarda Moskva yollarında qeyri-adi “Matreşka” adlı taksilər paytaxt sakinlərinə təqdim olunacaq. Axar.az xəbər verir ki, bu, sürücüsüz uzaqdan idarə olunan elektromobillərdir. Rusiyanın paytaxtında pilot layihə artıq təqdim olunub. Bu avtomobillərin maksimal sürəti 30 kilometrdir. Hər bir avtomobildə qeydlər aparan kameralar var, bu taksi obyektləri tanıyıb, müəyyən edilmiş marşrut üzrə hərəkət edir. Sürücüsüz elektromobildən 12 nəfər sərnişin istifadə edə bilər. Gələn ildən Rusiya “Matreşka” elektromobillərinin istehsalına başlayacaq, 2020-ci ildən isə bu taksilər şəhərdə fəaliyyət göstərəcək.