Bakıda qəzada ölən polislərin GÖRÜNTÜLƏRİ YAYILDI - FOTO (YENİLƏNDİ)
Daxili İşlər Nazirliyi Bakıda polis əməkdaşlarının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb. AzerTaym.az nazirliyin saytına istinadən verdiyi məlumata görə, noyabrın 10-da saat 07.40 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində Qoşqar Kərimov idarə etdiyi “Fiat Doblo” markalı avtomobili yolun kənarındakı divara vurub. Nəticədə sürücü hadisə yerində ölüb, sərnişinləri - Elnur Məmişov və Kamal Vəliyev xəstəxanaya yerləşdiriliblər. E.Məmişov orada ölüb, K.Vəliyevin vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, DİN-in Əlahiddə Çevik Polis Alayına məxsus, polis nəfəri, 1982-ci il təvəllüdlü Qoşqar Salman oğlu Kərimovun idarə etdiyi “Fiat Doblo” markalı, 90 AP 232 dövlət nömrə nişanlı avtomobil yol kənarındakı hasara çırpılıb. Nəticədə sürücü və maşında olan polis nəfəri, 1987-ci il təvəllüdlü Elnur Eldar oğlu Məsimov ölüb. Avtomobildə olan daha bir polis nəfəri, 1985-ci il təvəllüdlü Kamal Aftandil oğlu Vəliyev xəsarət alıb. Faktla bağlı Xəzər rayon Polis İdarəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. *** Dünən saat 07 radələrində Bakıda dəhşətli yol qəzası baş verib. Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayına məxsus olan 90 AP 232 dövlət qeydiyyat nişanlı "FİAT Doblo" markalı xidməti avtomobil idarəetmədən çıxaraq hasara çırpılıb. Nəticədə avtomobili idarə edən polis əməkdaşı Kərimov Qoşqar Salman oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb. Digər polis əməkdaşı Məmmədov Elnur Eldar oğlu isə xəstəxanaya aparılarkən yolda vəfat edib. Hadisə nəticəsində daha bir polis əməkdaşının ağır xəsarət aldığı bildirilir. O, xəstəxanaya yerləşdirilib. Bildirilir ki, polislər xidməti əraziyə gedərkən qəzaya düşüblər.Faktla bağlı araşdırma aparılır. .