Bakıda sərnişin avtobusu qəzaya düşüb - FOTOLAR

Bakının Suraxanı rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib.

AzerTaym.az-ın APA-ya istinadən məlumatına görə, avtoqəza Zığ şossesində qeydə alınıb.

Belə ki, Rüstəmov Kənan Vaqif oğlu idarə etdiyi "VAZ 2106” markalı minik maşını ilə Hövsan qəsəbəsindən Nobel prospekti istiqamətində hərəkətdə olan zaman avtomobilin təkərində nasazlıq yaranıb. Sürücü avtomobili yolun sağ hissəsində saxlamaq istəyərkən Muxtarov Baba Adil oğlunun 132 saylı xətt marşrutu üzrə idarə etdiyi "Daewoo” markalı sərnişin avtobusu zərblə ona çırpılıb. Zərbənin təsirindən minik maşınına ziyan dəysə də, xəsarət alan olmayıb.
Yol qəzasının təfərrüatlarını Suraxanı Rayon Dövlət Yol Polis Şöbəsinin müfəttişləri araşdırır.

 

 

 

 






Fikirlər