Bakıya gətirilən polis maşınlarının 9 heyrətamiz özəlliyi

Bakıya gətirilən polis maşınlarının 9 heyrətamiz özəlliyi  Azərbaycan Daxili İşlər Nazirliyinin post-patrul xidməti (PPX) və Dövlət Yol Polisi (DYP) əməkdaşları üçün gətirdiyi avtomobillər bəzi özəlliklərə sahibdir.

Axar.az xəbər verir ki, DYP əməkdaşları üçün gətirilən BMV (5-ci seriya) markalı avtomobillər müxtəlif funksiyaları ilə əvvəlkilərdən fərqlənir və daha üstün keyfiyyətlərə malikdir.

Dünən baxış keçirilərək müvafiq qurumlara təhvil verilən YPX və PPX avtomobillərinin xüsusi özəlliklərini təqdim edirik:

1. Avtomobillərin hər biri yeni və müasir avadanlıqla təchiz edilib, e-patrol sistemi quraşdırılıb.

2. Sistem, yol-patrul xidməti (YPX) avtomobilinin həm dayandığı, həm də hərəkət etdiyi hallarda fəaliyyət göstərir.

3. Sistemin üzərində nömrəoxuma, ümumi müşahidə kameraları, gecə görüntüsü üçün 30 metr mənzili olan “infrared” işıqlandırma sistemi və GPS modulu quraşdırılıb.

4. Avtomobildə daxili kompüter qurğusu mövcuddur ki, nömrəoxuma prosesi həmin kompüterdə aparılır.

5. Sistem nömrəoxuma kameraları vasitəsilə üzərində quraşdırıldığı YPX avtomobilinin yerləşdiyi zolaqdan 2 zolağadək sağda, 2 zolağadək solda hərəkət edən və ya dayanmış nəqliyyat vasitələrinin nömrə nişanlarını və sürətlərini oxumaq imkanına malikdir.

6. Həmçinin YPX avtomobilinə perpendikulyar istiqamətdə sağ və sol tərəflərdə park edilmiş nəqliyyat vasitələrinin də nömrə nişanları oxunur.

7. E-patrol sistemi tərəfindən nömrəsi və sürəti oxunmuş nəqliyyat vasitələri barədə məlumatlar tarix, saat, eləcə də GPS koordinatı da əlavə edilməklə mərkəzi serverdə arxivləşdirilir.

8. Həmçinin nömrəsi oxunan hər bir nəqliyyat vasitəsinin axtarışda olub-olmaması, cərimə ödənişlərini uzun müddət gecikdirməsi və digər məlumatlar real vaxt rejimində sorğulanaraq YPX avtomobilində quraşdırılmış bort kompüter qurğusuna ötürülür.

9. Sürət həddini aşmış nəqliyyat vasitələri barədə məlumatlar da Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə göndərilir.

Qeyd edək ki, bu avtomobillərin xüsusi özəllikləri barədə məlumatı “Radio Antenn”in aparıcısı Əzizə İsmayılova Feysbuk sosial şəbəkəsindəki hesabında yayımlayıb.

Xatırladaq ki, yol polisi əməkdaşları üçün 400, digər qurumların əməkdaşları üçün isə 300 avtomobil alınıb.






Fikirlər