“PAJERO”nun İSTEHSALI DAYANDIRILIR – SƏBƏB
Yapon brendi “Mitsubishi” “Mitsubishi Pajero” avtomobilinin istehsalını dayandıracaq. Trend-in məlumatına görə, bu avtomobil brendin inkişaf konsepsiyasına uyğun olmadığından istehsaldan çıxarılacaq. Avtomobilin son 1000 ədədi “Final Edition” adı ilə buraxacaq.
İş orasındadır ki, “Mitsubishi” atmosferə ixrac edilən tullantıların miqdarının azaldılmasını dəstəkləyir, həmçinin brendi maşının yanacaq sərfiyyatı da narahat edir. “Pajero” isə bu konsepsiyaya uyğun gəlmir.