Yol polisi dərs ilinin başlanması ilə əlaqədar nəzarəti gücləndirir: "CƏZALANDIRILACAQLAR"

Yol polisi dərs ilinin başlanması ilə əlaqədar nəzarəti gücləndirir: "CƏZALANDIRILACAQLAR"

"Yeni dərs ilinin açılması ilə bağlı yollarda süni sıxlığın qarşısını almaq məqsədilə Bakı şəhər ərazisində yerləşən təhsil müəssisələrinə yaxın ərazilər polisin nəzarətinə götürüləcək".

Bu sözləri Publika.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, təhsil ocaqları ətrafında təhlükəsizliyin təmin edilməsi və yollarda sıxlığın yaranmasının qarşısını almaq üçün inzibati tənbeh tədbirləri nəzərdə tutulub:

"İlk öncə piyada keçidlərindən istifadə etməyib, piyadalar üçün təyin edilməyən istiqamətlərdən yolu keçən vətəndaşlar "Yol Hərəkəti haqqında" Qanunun 40-cı maddəsinin tələblərini pozduğuna görə 20-40 manat məbləğində dəyərində cərimə olunacaqlar. Piyadalara yolun bir hissəsindən digər hissəsinə keçərkən qulaqcıqlardan istifadə etməməyi töfsiyə edirik.

Sürücülər isə təhsil ocaqlarının qarşısında hətta 30 saniyə, 1 dəqiqə dayansalar, qanununda göstərilən dayanma-durma qaydalarını pozduqlarına görə inzibati məsuliyyətə cəlb olunacaqlar.

Yolların kəsişmə istiqamətinə yaxın ərazilərdə nəqliyyat vasitələrinin bir dəqiqə belə olsa saxlanması inzibati xəta tərkibi yaradır və buna yol verən hər bir sürücü kimliyindən asılı olmayaraq qanunvericilik qarşısında cavab verməlidir".






Fikirlər