Bakıda əlbəyaxa dava zamanı avtobus sürücüsü döyülüb
Faktla bağlı araşdırma aparılır. Bakının Nizami rayonunda avtobus sürücüsü döyülüb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Qara Qarayev prospektində 70 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü 1954-cü il təvəllüdlü Əhmədov Hidayət İbrahim oğlu döyülərək xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb. Ona başın və kürək nahiyəsinin əzilməsi diaqnozu qoyulub. İlkin məlumata görə, hadisə sürücülərin bir-birinə hərəkət üstünlüyü tanımaması səbəbindən baş verib. Sürücülər arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib. Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsində araşdırma aparılır.