Şamaxinkada tikilən keçiddən sürücülərin başına qığılcım TÖKÜRLƏR - VİDEO
Hərəkət iştirakçılarının təhlükəsizliyi təmin edilmir. Paytaxtın Şamaxinka kimi tanınan ərazisində aparılan təmir işləri zamanım təhlükəsizlik qaydalarına riayət edilmir. Avtosfer.az xəbər verir ki, həmin ərazidə qurulan yerüstü piyada keçidində aparılan qaynaq işləri zamanı heç bir təhlükəsizlik tədbirləri görülməyib. Qaynaq zamanı qığılcımlar həm ətrafa, həm də avtomobillərin üzərinə düşərək onlara ziyan vurub. Həmin ərazidəki insanlar öz iradlarını bildirsə də, işçilər heç bir məhəl qoymayıb. Avtomobil Yolları Haqqında Qanunun 40-2 ci maddəsində qeyd olunub ki, "Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri zamanı yol təsərrüfatı orqanlarının işçilərinin və yol hərəkəti iştirakçılarının təhlükəsizliyi təmin olunmalı və yol hərəkəti düzgün təşkil edilməlidir". Qanunvericilikdə təhlükəsizliyin təmin edilməsi qeyd olunsa da, təəssüf ki, bu tələb kağız üzərində qalıb.