Gürcüstanda maşınlar kəskin UCUZLAŞDI!!

Gürcüstanda maşınlar kəskin ucuzlaşdı

Dövlət Gömrük Komitəsinin xarici dövlət nömrə nişanlı avtomobillərlə bağlı tətbiq etdiyi şərtlər Gürcüstanda avtomobillərin qiymətini 30-50 faiz ucuzlaşdırıb.

"AzerTaym.az" xəbər verir ki, bu barədə məlumatı nəqliyyat mütəxəssisi Rəşad Quliyev paylaşıb. R.Quliyevin sözlərinə görə, Gürcüstanda gürcü vətəndaşı ilə yanaşı Azərbaycan vətəndaşı da öz adına avtomobil rəsmiləşdirmək hüququna malikdir.

Bu kimi şəxslər maya dəyəri ucuz başa gələn avtomobillərlə sərnişin daşıma ilə məşğul olurlar. Əsasən rahatlığı və qənaətliliyi ilə seçilən "Mersedes-Benz E klass" (1996-2008) modelləri Azərbaycan-Gürcüstan və ya ölkəmizin daxilində rayonlararası sərnişin daşımada istifadə olunur.

 

Lakin bir ay öncə bazar qiyməti 4-5 min dollar olan bu modellər hazırda 2 min dollara müştəriyə təklif edilir. Bundan savayı amerikan avtomobillərinin də satışı zəifləməkdədir”. /axar.az






Fikirlər