ASA Parkinq Bakıda sürücüləri belə SOYUR - ŞOK QİYMƏTLƏR

 ASA Parkinq Bakıda sürücüləri belə soyur - ŞOK QİYMƏTLƏR

ASA Parkinq” 1 saat üçün 1 manat parkinq qiyməti “müəyyən” edib.

Bakıda bir çox ərazilərdə qanunsuz olaraq parkinq xidməti göstərən “ASA Parkinq”dən şikayətlər səngimir. Avtosfer.az-a müraciət edən vətəndaş deyir ki, “28 may” metrostansiyasının yanında 2 saat yarım avtomobili saxlayıb. Çıxışda isə ona 2 manat 50 qəpiklik qəbz verərək ödəniş tələb ediblər. Belə çıxır ki, “ASA Parkinq” 1 saat üçün 1 manat parkinq qiyməti “müəyyən” edib.

Qeyd edək ki, Bakı şəhərində parkinqlərin yaradılması Bakı Nəqliyyat Agentliyinin səlahiyyətinə daxildir. Eyni zamanda ölkə prezidenti də parkinqlər barədə xüsusi göstəriş verib. Qiymətlər isə hələlik müəyyən edilmədiyi üçün BNA tərəfindən yaradılan parkinqlər pulsuzdur. “ASA parkinq” isə qanunsuz olaraq vətəndaşlardan pul yığır. Bu pulların aqibəti isə müəmmalıdır.

 






Fikirlər