Milli Məclisin 16 deputatına xidməti avtomobil veriləcək - SİYAHI
Milli Məclisin 15 komitəsindən 3-nün sədrinə isə komitə sədri kimi xidməti avtomobil verilməyəcək. Milli Məclisin Sədri, sədrin I müavini, sədr müavinləri, o cümlədən, parlamentin komitə sədrləri xidməti avtomobillərlə təmin ediləcək. "AzerTaym.az" “Report”-a istinadən xidməti avtomobillə təmin olunacaq deputatların siyahısını təqdim edir. 1. Milli Məclisin Sədri - Sahibə Qafarova; 2. Milli Məclis sədrinin I müavini – Əli Hüseynli; 3. Milli Məclis sədrinin müavini – Fəzail İbrahimli; 4. Milli Məclis sədrinin müavini - Аdil Əliyev; 5. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri – Ziyаfət Əsgərov; 6. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev; 7. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev; 8. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc; 9. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov; 10. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri – Tahir Mirkişili; 11. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov; 12. Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev; 13. Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov; 14. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovа; 15. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Pаşayeva; 16. Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov. Milli Məclisin 15 komitəsindən 3-nün sədrinə isə komitə sədri kimi xidməti avtomobil verilməyəcək. Buna səbəb onların parlamentdə daha yüksək vəzifə sahibi kimi avtomobillə təmin olunmasıdır. Bundan əlavə, bəzi deputatların xidməti avtomobillərinin dəyişdiriləcəyi gözlənilir.