Naxçıvan bu maşınları Belarusa satır – Foto
Bu ildən başlayaraq “NAZ-Lifan LF-330”, “LF-720” və “X-60” modelləri Belarusa ixrac olunur.
Axar.az xəbər verir ki, hazırda Naxçıvan Avtomobil Zavodunda 9 modeldə avtomobil istehsal olunur.
Bu avtomobillərə muxtar respublika ilə yanaşı, ölkəmizin digər bölgələrində də tələbat artmaqdadır. 2010-cu ildə 37 nəfərlə fəaliyyətə başlayan zavodda hazırda 65 mütəxəssis çalışır.
Texniki göstəricilərinə və dizaynına görə seçilən bu avtomobillər daxili bazarda xüsusi yer tutmaqla bərabər, xarici bazarda da özünə müştəri tapıb. Artıq bu ildən başlayaraq “NAZ-Lifan LF-330”, “LF-720” və “X-60” modelləri Belarusa ixrac olunur.