DÜŞMƏNİN YENİ HƏRBİ TEXNİKALARI ƏLƏ KEÇİRİLDİ... - Fotolar + VİDEO (Yenilənib)

Döyüşlərdə erməni hərbçilərinin atıb qaçdığı və bölmələrimizin məhv etdiyi düşmənin silah və texnikaları açıqlanıb.

Məlumata görə, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

***

Bu gün N saylı hərbi hissədə jurnalistlərə Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusu tərəfindən ələ keçirilən hərbi texnikaları təqdim olunub. Oxu.Az-ın verdiyi məlumata görə, düşmən öz silah-sursat və hərbi texnikasını döyüş meydanında qoyaraq qaçır.

 

 

Hərbiçilərimiz tərəfindən 20 -yə yaxın işlək vəziyyətdə olan “Ural” markalı yük maşınları götürülüb. Eyni zamanda hərbiçilərimiz döyüş meydanından düşmənin 3 ədəd “T-72” tankını içərisində silah-sursatla birgə götürüblər. Bu qənimətlər Cəbrayıl rayonunda ələ keçirilib.

Azərbaycanın işğaldan azad olunan ərazilərində Azərbaycan Ordusu tərəfindən Ermənistanın silahlı qüvvələrinə məxsus çoxsaylı məhv edilən və işlək vəziyyətdə olan zirehli texnika, silah-sursat mövcuddur.

"Yeni Müsavat"ın məlumatına görə, qənimət kimi ələ keçirilən texnikalar arasında "URAL" və "UAZ" markalı minik avtomobillərlə yanaşı, digər silah-sursat və döyüş texnikaları da əsgərlərimiz tərəfindən düşmən mövqelərindən çıxarılıb.

 

 

Bəs niyə düşmən döyüş bölgəsindən texnika, minik avtomobili ilə qaçmır?

Bunun çox sadə səbəbi var. Ordumuz sentyabrın 27-dən etibarən, hava zərbələri ilə düşmənin yüzlərlə ağır texnikasını, döyüş məntəqələrini, canlı qüvvələrini məhv edib. Döyüş bölgəsində ordumuzun gözündən qaçan heç bir texnika qalmayıb. Ermənilər də piyada qaçmağın daha təhlükəsiz olduğunu, belə halda sağ qalmaq imkanlarının daha çox olduğunu bilirlər. Bu səbəbdən də texnikanı qoyub, canlarını götürərək, qaçırlar.

Qeyd edək ki, sentyabrın 27-dən başlayan Vətən müharibəsi ilk gündə olduğu kimi qətiyyətlə davam edir. Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyev son çıxışında da vurğuladı ki, savaş torpaqlarımızın işğaldan tam azad olunmasına qədər davam edəcək. Qətiyyətlə qeyd etdi ki, ermənilərin heç bir şərti qəbul edilmir və Azərbaycan əsgəri düşməni Qarabağdan iti qovan kimi qovur! 

Qənimət kimi ələ keçirilən hərbi texnika və silah-sursatın fotolarını təqdim edirik:

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 






Fikirlər