VİDEO: Bu taksiyə minən bir də minmək istəyir

Müştərilərə çay, ləbləbi və meyvə quruları təklif olunur

Bu taksiyə minən bir də minmək istəyir. Çünki müştərilər internetlə təmin olunur. Onlara çay, ləbləbi və meyvə quruları pulsuz verilir. Sözügedən taksidə daha hansı xidmətlər var? Buyurun izləyin.

Meyvə quruları, ləbləbi, müxtəlif növ içkilər və daha bir sıra xidmətlər. İlk baxışdan restoranı xatırladan bu xidmətlər paytaxtda bir taksidəndir.

Avtomobilin sahibi Hüseyn Hüseynov daha çox müştəri cəlb etmək üçün salonu xüsusi dizaynla yığdırıb. Taksiyə əyləşən kimi müştərilərə ləbləbi, isti çay, meyvə və digər xidmətlər təklif edilir. Üstəlik bunların əksəri pulsuzdur.

Çəkiliş ərəfəsində biz də pulsuz xidmətlərin bir neçəsindən istifadə etdik. Müsahibimiz bu ideyanın ona 800 manata başa gəldiyini və bu yolla daha çox müştəri cəlb etdyini deyir.

Günlük 30-40 manat gəliri olduğunu deyən sürücü müştərilərə təkcə soyuq içkiləri əlavə pul müqabilində verir. O, taksiyə ilk dəfə əyləşən müştərilərin xeyli təcübləndiklərini deyir. O, müştərilərin rahatlığı üçün bundan da yaxşı ideyalar düşünəcəyini bildirib

(Azərtaym.az)

  






Fikirlər