Təranə Səmədova ilə polis arasıda qarşıdurma - İçkili imiş (FOTOLAR)
Məlumata görə, hadisə Hüseyn Seyidzadə küçəsində baş verib.
Yol polisi əməkdaşları "Hyundai" markalı 90 ST 666 dövlət nömrə nişanlı avtomobili saxlayıblar. Məlum olub ki, sürücü, prodüser Təranə Səmədova spirtli içki qəbul edib. Təranə Səmədova sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinədən imtina edib. Sürücü müqavimət göstərdiyinə görə, yol polisi əməkdaşları Post Patrul Xidmətindən yardım istəyiblər. Post Patrul Xidmətinin əməkdaşları hadisə yerinə gəliblər və Təranə Səmədova məcburi qaydada tibbi müayinəyə aparılıb.
Faktla bağlı protokol tərtib edilib, avtomobil isə cərimə meydançasına yerləşdirilib.
Qeyd edək ki, Təranə Səmədova bir sıra layihələrin prodüseridir. Onun hazırda üzərində işlədiyi layihə tanınmış müğənni Azisin Bakıdakı konsertidir. O, konsertin meneceridir.