Lada-nın "cip"inin satışı başladı - FOTO

Fevralın 14-də Rusiyada "Avtovaz"ın yeni LADA XRAY modelinin satışı başlayıb.
 AzerTaym.az xəbər verir ki, XRAY SUV-u (krossover) "Avtovazın" Renault Nissan alyansı ilə əməkdaşlığı çərçivəsində yaradılmışdır.

Avtomobilin baza komplektasiyasında 1,6 litr, 106 at gücündə mühərrik quraşdırılır.

Avtomobildə iki ön təhlükəsizlik yastıqları, ESC (ABS daxil) təhlükəsizlik sistemi, təcili xəbərdarlıq sistemi, audiosistem və s. daxildir.

XRAY-ın ən ucuz versiyası Rusiyalı alıcıya 589 min rubla (11500 manat) başa gələcək. XRAY-ın ən bahalı versiyası isə 723 min rubldur (14500 manat).

İstehsalçısı 2016-cı ilsə 16-25 min ədəd LADA XRAY. satmağı planlaşdırır.

Yeni Lada XRAY-ın bu ilin Yazından Azərbaycanda da satışına başlanılacağı gözlənilir
 






Fikirlər