Aeroport yolunda BAŞ verən qəzada XƏSARƏT alanlardan 14 NƏFƏR EVƏ buraxılıb

Aeroport yolunda baş verən qəzada xəsarət alanlardan 14 nəfər evə buraxılıb

Bakıda Aeroport yolunda baş verən zəncirvari qəzada 21 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova APA-ya bildirib ki, xəsarət alanlardan 14 nəfər artıq evə buraxılıb.
 Onun sözlərinə görə, hazırda 7 nəfər xəstəxanadadır. S. Əhmədova onu da əlavə edib ki, xəsarət alanların həyatına təhlükə yoxdur.
AzerTaym.az






Fikirlər