“Mercedes Benz” avtomobillərini GERİ ÇAGIRIR

mercedes_benz_flag_100614

“Mercedes Benz” şirkəti 1500-ə yaxın avtomobilini geri çağırıb.

Trend-in məlumatına görə, qərar təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla əlaqədardır.

Məlumatda qeyd olunur ki, təhlükəsizlik yastıqları bəzi hallarda heç bir səbəb olmadan işə düşə bilər.

Qeyd edək ki, geri çağırılma 2014-2015-ci illərdə Rusiyada satılmış “V-Klasse” və “VITO” modellərinə şamil olunur.

Şirkətdən bildirilib ki, bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək.

 






Fikirlər