“Mercedes Benz” avtomobillərini GERİ ÇAGIRIR
“Mercedes Benz” şirkəti 1500-ə yaxın avtomobilini geri çağırıb. Trend-in məlumatına görə, qərar təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla əlaqədardır. Məlumatda qeyd olunur ki, təhlükəsizlik yastıqları bəzi hallarda heç bir səbəb olmadan işə düşə bilər. Qeyd edək ki, geri çağırılma 2014-2015-ci illərdə Rusiyada satılmış “V-Klasse” və “VITO” modellərinə şamil olunur. Şirkətdən bildirilib ki, bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək.