26 mindən çox "VOLKswagen" GERİ çağırıldı

"Volkswagen Group Rus" şirkəti Rusiyada 26 mindən çox "Volkswagen" markalı avtomobili geri çağırıb.

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, qərar buksir elementinin qüsurlu qaynaq olunması ilə əlaqədardır.

Məlumata görə, çağırılma 2017-ci ildə Rusiyada satılmış “Volkswagen Polo Sedan” və “Skoda Rapid” modellərinə şamil olunur.

Bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək.

 






Fikirlər