14 mindən çox "Audi" avtomobili geri ÇAGIRILDI

 

"Volkswagen Qrup Rus" şirkəti Rusiyada 14 mindən çox "Audi" markalı avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, qərar soyuducu maye nasosunun həddən artıq qızması ilə əlaqədardır.
Məlumatda qeyd olunur ki, geri çağırılma 2012-2017-ci illər arasında Rusiyada satılmış A4, A5, A6 və Q5 modellərinə şamil olunur.
Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz əsasda həyata keçiriləcək.
 






Fikirlər