“Nəqliyyat qoçuları” yenə iş başında – VİDEO
Sürücü Dövlət Avtomobil Nəqliyyatı Xidməti əməkdaşları tərəfindən saxlanılır və səbəbini soruşduqda təzyiqə məruz qalır. Görüntülər İnteraz tv əməkdaşları tərəfindən Xaçmaz rayonu ərazisində təsadüfən lentə alınıb. İnteraz tv-nin əməkdaşları çəkilişə gedərkən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 3 nəfər işçisinin sürücüyə fiziki təzyiq göstərməsinin şahidi olublar və hadisəni lentə alıblar. Daha sonra əməkdaşlarımız nəqliyyat işçilərinə yaxınlaşaraq sürücünü əzişdirmələrinin səbəbini öyrənmək istəsələr də xidmət işçiləri sürücünün sənədlərini müsadirə etməklə yananşı, qəza şəraiti yaradaraq ərazidən uzaqlaşıblar. Yerli sürücülər isə deyir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları onları qanunsuz olaraq saxlayır və pul tələb edir. Sürücü razılaşmadıqda isə sənədləri alınaraq xidmət əməkdaşları tərəfindən müsadirə edilir.
Sürücülərin sözlərinə görə, Nəqliyyat Xidməti əməkdaşlarının hərəkətinə etiraz etdikdə ağır təhqirlərə və fiziki təzyiqə məruz qalırlar.